CƏMİYYƏT


Ombudsman Aparatında Ekspertlər Şurasının toplantısı keçirilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) yanında müstəqil Ekspertlər Şurasının toplantısı keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, toplantıda çoxsaylı qeyri-hökumət təşkilatlarının və vətəndaş cəmiyyətlərinin nümayəndələri, aparatın əməkdaşları iştirak ediblər.

Ekspertlər Şurasının sədri olan müvəkkil Elmira Süleymanova bu günlərdə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünün qeyd olunduğunu, habelə bu il “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsindən 15 il keçdiyini deyib. O, dövlət, QHT, vətəndaş cəmiyyəti qurumları ilə insan hüquqları sahəsində əməkdaşlıq əlaqələrinin qurulmasına daim önəm verdiyini bildirib.

Qeyd edilib ki, Şuranın üzvləri insan hüquqları sahəsində biliklərə və təcrübəyə malik olan, elm, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərdən, habelə QHT nümayəndələrindən və müstəqil ekspertlərdən ibarətdir. Şuranın fəaliyyəti ölkəmizdə insan hüquqlarının əsas istiqamətləri üzrə vəziyyətin təhlil edilməsinə, beynəlxalq konvensiyaların, müvafiq qanunvericiliyin, ölkədaxili qanunların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanmasına, birgə tədbirlərin həyata keçirilməsinə yönəlib. Ombudsman, həmçinin Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və prioritetlər haqqında məlumat verib.

Toplantıda Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Şuranın, o cümlədən yeni qatılmış üzvlərdən ibarət tərkibi, mövcud prioritetlər nəzərə alınmaqla redaktə olunmuş Əsasnamənin layihəsi, habelə müvafiq ekspert qrupları barədə danışıb.

Sonda Ekspertlər Şurasının gələcək fəaliyyət istiqamətləri və perspektivlər haqqında səmərəli müzakirələr və fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.