SİYASƏT
Ombudsman Aparatının kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 28 dekabr, AZƏRTAC
Azərbaycan Ombudsman Aparatının kollektivi dekabrın 28-də Fəxri xiyabanda müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gedən Ombudsman Aparatının kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edənlər arasında Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova da olub.