CƏMİYYƏT


Ombudsman Aparatının rəhbəri beynəlxalq tədbirdə iştirak edib

A+ A

Bakı, 5 sentyabr, AZƏRTAC

Bakıda Avropa Şurası və Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilən “Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi”nin “İfadə azadlığı və media azadlığı” layihəsinin 2017-ci il üzrə iş planının müzakirəsi məqsədilə Rəhbər Komitənin iclası keçirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı tədbirdə iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə 2015-2016-cı il üçün layihənin fəaliyyətinin xülasəsi və 2016-2017-ci il üçün planlaşdırılan fəaliyyətlər barəsində müzakirələr aparılıb.

Ombudsman Aparatının rəhbəri tədbirdə çıxış edərək Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili institutu ilə Avropa İttifaqı və Avropa Şurası arasında səmərəli əməkdaşlıq əlaqələrinin yaradıldığını, hazırda birgə layihələrin həyata keçirildiyini və gələcəkdə də bu kimi layihələrin davam etdiriləcəyini vurğulayıb.

A.Səfixanlı, eyni zamanda, Avropa Şurasının hazırda həyata keçirdiyi layihə çərçivəsində bu ilin sonunadək Ombudsman Aparatı ilə birgə informasiya əldə etməyə dair təlimin keçiriləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.