SİYASƏT


Ombudsmanın fəaliyyəti yüksək qiymətləndirilib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının şöbə müdiri Faiq Ağayev Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin birinci müşaviri Denis Daniilidis və siyasi müşaviri Nina Lindvalla görüşüb.

Aparatın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, F.Ağayev Ombudsmanın beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, bu qurumun ölkəmizdəki nümayəndəliyi ilə sıx əməkdaşlıq etdiyini bildirib. O, Avropa İttifaqı tərəfindən həyata keçirilən Tvinninq layihəsində Ombudsman təsisatının fəal iştirakını, qurumun hazırda Almaniyadan və Polşadan olan tərəfdaşlarla birgə layihənin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Şöbə müdiri ölkəmizdə Ombudsman təsisatının yaranması, mandatı, çoxşaxəli fəaliyyəti, o cümlədən hüquqi maarifləndirmə sahəsində görülən işlər və təşkil olunan tədbirlər, dərc edilən çoxsaylı hüquqi nəşrlər barədə ətraflı məlumat verib.

Qonaqlar Ombudsman Elmira Süleymanovanın fəaliyyətini yüksək qiymətləndirib, onun beynəlxalq aləmdə nüfuz qazandığını söyləyiblər. Qeyd olunub ki, bir müddət əvvəl Türkmənistanda Ombudsman təsisatı yaradılanda E.Süleymanovanın təcrübəsi nümunə götürülüb. Qonaqlar Azərbaycanın Ombudsman təsisatı ilə əməkdaşlığı davam etdirməkdə maraqlı olduqlarını bildiriblər.

Sonda qonaqlara Ombudsman təsisatının nəşrləri təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.