CƏMİYYƏT


Ombudsmanın nümayəndəsi beynəlxalq treninqdə ekspert qismində iştirak edib

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) fəaliyyətinin ilk illərindən əhalinin müxtəlif qrupları ilə yanaşı, onlarla çalışan şəxslərin də hüquqi maarifləndirilməsi işinə diqqət yetirir.

Bu baxımdan Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Avropa Şurası ilə birlikdə təşkil etdiyi, gənc azərbaycanlı multiplayerlər və təlimçilər üçün insan hüquqları təhsili, demokratik vətəndaşlıq mövzusunda təşkil edilən uzunmüddətli “KOMPAS” təlim kursu da insan hüquqlarının təbliğinə töhfə verən mühüm tədbirlərdəndir.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatının mətbuat xidmətindən bildiriblər.

Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadənin də ekspert qismində qatıldığı insan hüquqlarının təbliği məqsədini daşıyan kurs Avropa Şurasının Gənclər Departamenti tərəfindən dəstəklənir. Kurs, yerli, regional və milli səviyyədə tədris layihə və tədbirlərin icrası üçün gənclər və onlarla işləyən vətəndaş cəmiyyəti təsisatları vasitəsilə insan hüquqları təhsilinin və bu sahədə çalışanların, qeyri-hökumət təşkilatları üzvlərinin, gənc liderlərin və təlimçilərin bacarıqlarının artırılması məqsədi daşıyır.

R.Rumzadə təqdimatında insan hüquqlarının milli və beynəlxalq müdafiə mexanizmləri, bu sahədə beynəlxalq qanunvericilik aktlarının implementasiyası məsələləri və tətbiqi əsasları, ölkəmizdə həyata keçirilən islahatlar, insan hüquqlarının səmərəli müdafiəsi baxımından Ombudsmanın fəaliyyət istiqamətləri haqqında fikirlərini bölüşüb, mövcud vəziyyət və görüləcək işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Sonra iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.