CƏMİYYƏT


Ombudsmanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” keçiriləcək

Bakı, 15 may, AZƏRTAC 

Prezident İlham Əliyevin Sərəncamına əsasən iyunun 18-i Azərbaycanda “İnsan Hüquqları Günü” kimi qeyd edilir.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu il həmin Sərəncamın imzalanmasının 10 ili tamam olur. Hər il olduğu kimi, bu il də İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək Azərbaycanda “İnsan Hüquqları Aylığı” elan edilib.

Hər il keçirilən aylıq çərçivəsində dövlət qurumları, QHT və KİV-lər, icmalar və beynəlxalq təşkilatlar tərəfindən insan hüquqları sahəsində səmərəli əməkdaşlığın davamı olaraq, dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndləri əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir.

Aylığın nəticələri ümumiləşdirilərək təhlil olunacaq və ictimaiyyətə açıqlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.