DÜNYA


Omsklı mikrominiatürçü doğma şəhərini qeyri-adi şəkildə təbrik edib

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Omskdan olan Anatoli Konenko doğma şəhərinin qarşıdan gələn 300 illik yubileyini qeyri-adi şəkildə təbrik edib. Çoxsaylı mikrominiatür əsərləri ilə tanınan Konenko saç üzərində "Omsk! Biz səninlə fəxr edirik!" ("Омск! Мы гордимся тобой!") yazısını yerləşdirib.

Ağ saxsı lövhə üzərinə yerləşdirilmiş qeyri-adi yazı bütöv bir kompozisiyanın bir hissəsidir. Müəllifin bildirdiyinə görə, yazıdakı Omsk sözünü Om və İrtış çaylarının qovuşduğu ərazidən topladığı qumdan hazırlayıb. Hər bir hərf isə əlifbadakı sıra sayına uyğun olan qum dənəciklərindən istifadə olunaraq işlənib. Konenkonun üzərində yazı yerləşdirdiyi saçı isə "O" hərfinin mərkəzində yerləşdirilib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.