ELM VƏ TƏHSİL


On ali məktəb “AzScienceNet” şəbəkəsinə qoşulub

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” elm-kompüter şəbəkəsi ilə Azərbaycan Təhsil Şəbəkəsi (AzEduNet) arasında işgüzar əməkdaşlıq əlaqələri qurulub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində hazırda ölkənin 10 ali məktəbinin “AzScienceNet” şəbəkəsinə qoşulması təmin olunub. Bu da həmin ali məktəblərin tələbələri, alim və mütəxəssisləri, doktorant və dissertantlarının “AzScienceNet” və Data Mərkəzin xidmətləri ilə yanaşı, həm də GEANT beynəlxalq şəbəkəsinin xidmətlərindən istifadəsinə, dünya elminə inteqrasiyasına imkan yaradacaq. Yaxın gələcəkdə daha bir neçə ali və orta ümumtəhsil məktəbinin “AzScienceNet” şəbəkəsinə qoşulması nəzərdə tutulur.

“AzScienceNet” 2016-cı ildən GEANT assosiasiyası tərəfindən internetə 1 Gbit/san sürətlə çıxış imkanı əldə edib ki, bu da yüksəksürətli genişzolaqlı şəbəkə vasitəsilə elmi bazalara çıxışı və böyükhəcmli, etibarlı informasiya mübadiləsini təmin edərək beynəlxalq elmi əməkdaşlığa təkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.