İQTİSADİYYAT
On ayda 146 dövlətlə 26,6 milyard dollarlıq ticarət əməliyyatı aparılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Dövlət Gömrük Komitəsi bildirib ki, ölkənin dövlət və qeyri-dövlət təşkilatları və fiziki şəxsləri yanvar-oktyabr aylarında 146 dövlətlə 26,6 milyard ABŞ dolları məbləğində xarici ticarət əməliyyatları aparıblar.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 19,2 milyard dollarını ölkədən ixrac olunmuş, 7,4 milyard dollarını isə idxal edilmiş məhsullar təşkil edir. Ticarət əlaqələrinin 91,1 faizi MDB-dən kənar ölkələrlə, 8,9 faizi MDB üzvü dövlətləri ilə olub.
Beləliklə, on ay ərzində aparılan idxal-ixrac əməliyyatları nəticəsində 11,8 milyard dollarlıq müsbət ticarət saldosu yaranıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.04.2024 [18:28]
Metanol ixracı 17 faizdən çox artıb
- 16.04.2024 [18:25]
Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub
- 16.04.2024 [17:37]
Azərbaycan elektromobil idxalını artırıb
- 16.04.2024 [17:31]
Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir
- 16.04.2024 [15:32]
® “Kapital Bank” 2024-cü ilin I rübünün maliyyə nəticələrini elan edib
- 16.04.2024 [15:28]