İQTİSADİYYAT


On ayda “Azəriqaz” 182 yaşayış məntəqəsinə təbii qaz verib

A+ A

Bakı, 8 noyabr, Nihad Budaqov, AZƏRTAC

“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən yanvar-oktyabr aylarında 182 yaşayış məntəqəsi təbii qazla təmin olunub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçıların qaz təchizatının daha da yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinə “mavi yanacağ”ın verilməsi ilə əlaqədar təxirəsalınmaz işlər davam etdirilir.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cari ilin yanvar-oktyabr aylarında 7 min 505,2 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmış, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 239,5 kilometr uzunluğunda borularda əsaslı təmir işləri aparılıb. Görülən tikinti-quraşdırma işləri nəticəsində 182 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.