İQTİSADİYYAT


On ayda dəmir yolu ilə sərnişin daşınmasında 0,6 faiz artım olub

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Dəmir yolu nəqliyyatı ilə 2016-cı ilin yanvar-oktyabr aylarında 12,5 milyon ton yük, 1580,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 11,9 faiz azalma, sərnişin daşınmasında isə 0,6 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 440 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,9 min ton, qərb istiqaməti üzrə 5 min ton, cənub istiqaməti üzrə isə 1,7 min ton yüklənmə işi yerinə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.