İQTİSADİYYAT
On ayda sənayenin qeyri-neft bölməsində 6,3 faiz artım olub
Bakı, 19 noyabr, AZƏRTAC
Bu ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 27,8 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, sənayenin qeyri-neft bölməsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faizlik artım, neft bölməsində isə 1,7 faizlik azalma müşahidə olunub. Sənaye məhsulunun 71,2 faizi mədənçıxarma, 22,8 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində istehsal edilib.
Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 80,6 faizini təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]