İQTİSADİYYAT


On bank üzrə 725 milyon 240 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 14 fevral, AZƏRTAC 

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən fevralın 13-də “Parabank” ASC-nin qorunan əmanətçilərinə 43 milyon 169 min manat (ümumi kompensasiya öhdəliyinin 98,4 faizi), “Zaminbank” ASC-nin əmanətçilərinə 54 milyon 338 min manat (ümumi kompensasiya öhdəliyinin 75 faizi), “Kredobank” ASC-nin əmanətçilərinə 27 milyon 770 min manat (ümumi kompensasiya öhdəliyinin 99,5 faizi) və “Dekabank” ASC-nin əmanətçilərinə isə 3 milyon 086 min manatdan (ümumi kompensasiya öhdəliyinin 98,7 faizi) artıq kompensasiya ödənilib.

Fonddan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ümumilikdə 128 milyon 363 min manatdan artıq kompensasiya ödənilib.

Fevralın 13-də “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 275 min manat (ümumi kompensasiya öhdəliyinin 98,1 faizi), “Qafqaz İnkişaf Bankı” ASC-nin əmanətçilərinə 1 milyon 974 min manatdan (ümumi kompensasiya öhdəliyinin 94,4 faizi) artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 249 min manatdan artıq kompensasiya ödənilib.

Eyni zamanda, QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 435 milyon 058 min manatdan artıq kompensasiya ödənilib. Belə ki, ümumi kompensasiya öhdəliyinin 99 faizi əmanətçilərə ödənilib.

Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 725 milyon 240 min manatdan artıq kompensasiya ödənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.