İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 323 milyon 268 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 13-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 50 milyon 853 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 17 milyon 977 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə 2 milyon 849 min manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 501 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 715 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 13 milyon 869 min manatı "Atrabank"ın, 1 milyon 846 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.

Eyni zamanda, "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 58 milyon 012 min manat artıq kompensasiya ödənilib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 323 milyon 268 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.