İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 406 milyon 839 min manatdan çox kompensasiya ödənilib

A+ A

Bakı, 19 oktyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Parabank” ASC-nin qorunan əmanətçilərinə 32 milyon 820 min manat, “Zaminbank” ASC-nin əmanətçilərinə 50 milyon 974 min manat, “Kredobank” ASC-nin əmanətçilərinə 17 milyon 979 min manat və “Dekabank” ASC-nin əmanətçilərinə 2 milyon 850 min manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 623 min manatdan çoxdur.

Eyni zamanda, “Atrabank” ASC-nin və “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 748 min manatdan çox kompensasiya ödənilib ki, bunun da 13 milyon 902 min manatı “Atrabank”ın, 1 milyon 846 min manatı Qafqaz İnkişaf Bankının payına düşür.

“Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 91 min manat, “Gəncəbank” ASC-nin əmanətçilərinə 969 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 977 min manatdan çox kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 238 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu “Bank Standard” Kommersiya Bankının qorunan əmanətçilərinə 141 milyon 430 min manatdan çox kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 406 milyon 839 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.