İQTİSADİYYAT
On bankın qorunan əmanətçilərinə 527 milyon 259 min manatdan artıq kompensasiya ödənilib
Bakı, 21 oktyabr, AZƏRTAC
Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 20-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 821 min manat, "Zaminbank" ASC-nin əmanətçilərinə 50 milyon 980 min manat, "Kredobank" ASC-nin əmanətçilərinə 18 milyon 070 min manat və "Dekabank" ASC-nin əmanətçilərinə 2 milyon 850 min manatdan artıq kompensasiya ödənilib.
Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 104 milyon 721 min manatdan artıqdır.
Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə ümumilikdə 15 milyon 876 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon manatı "Atrabank"ın, 1 milyon 876 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 091 min, "Gəncəbank" ASC-nin əmanətçilərinə 969 min manat, "Texnikabank" ASC-nin əmanətçilərinə isə 119 milyon 977 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 038 min manatdan çoxdur.
Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 261 milyon 624 min manatdan artıq kompensasiya ödəyib.
Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 527 milyon 259 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.