İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 612 milyon 644 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 26 oktyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən oktyabrın 25-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 32 milyon 936 min manat, "Zaminbank"ın əmanətçilərinə 51 milyon 025 min manat, "Kredobank"ın əmanətçilərinə 23 milyon 082 min manat və "Dekabank"ın əmanətçilərinə 2 milyon 858 min manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 109 milyon 901 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 15 milyon 986 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 110 min manatı "Atrabank"ın, 1 milyon 876 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 098 min manat, "Gəncəbank"ın əmanətçilərinə 969 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 119 milyon 978 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 045 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 341 milyon 712 min manatdan artıq kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 612 milyon 644 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.