İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 680,7 milyon manatdan çox kompensasiya ödənilib

A+ A

Bakı, 8 noyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 7-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 756 min manat, "Zaminbank"ın əmanətçilərinə 52 milyon 242 min manat, "Kredobank"ın əmanətçilərinə 26 milyon 925 min manat və "Dekabank"ın əmanətçilərinə 3 milyon 16 min manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 124 milyon 939 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon manatdan çox kompensasiya ödənilib ki, bunun da 14 milyon 179 min manatı "Atrabank"ın, 1 milyon 880 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 117 min manat, "Gəncəbank"ın əmanətçilərinə 969 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon manatdan çox kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 394 milyon 613 min manatdan artıq kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 680 milyon 760 min manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.