İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 706 milyon 765 min manatdan çox kompensasiya ödənilib

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 18-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 852 min manat, "Zaminbank"ın əmanətçilərinə 52 milyon 267 min manat, "Kredobank"ın əmanətçilərinə 27 milyon 5 min manat və "Dekabank"ın əmanətçilərinə 3 milyon 21 min manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 145 min manatdan çoxdur.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 143 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 217 min manatı "Atrabank"ın, 1 milyon 926 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min manat, "Gəncəbank"ın əmanətçilərinə 975 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 81 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 205 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 420 milyon 272 min manatdan artıq kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 706 milyon 765 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.