İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 708 milyon 399 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 22-də "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 862 min manat, "Zaminbank"ın əmanətçilərinə 52 milyon 306 min manat, "Kredobank"ın əmanətçilərinə 27 milyon 192 min manat və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 381 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 144 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 218 min manatı "Atrabank"ın, 1 milyon 926 min manatı "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min manat, "Gəncəbank"ın əmanətçilərinə 975 min manat, "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 205 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 421 milyon 669 min manatdan artıq kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 708 milyon 399 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.