İQTİSADİYYAT


On bankın qorunan əmanətçilərinə 712 milyon 497 min manatdan artıq kompensasiya ödənilib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC

Əmanətlərin Sığortalanması Fondu tərəfindən noyabrın 30-da "Parabank" ASC-nin qorunan əmanətçilərinə 42 milyon 870 min manat (ümumi kompensasiya öhdəliyinin 98 faizi), "Zaminbank"ın əmanətçilərinə 52 milyon 369 min manat (ümumi kompensasiya öhdəliyinin 72 faizi), "Kredobank"ın əmanətçilərinə 27 milyon 192 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi) və "Dekabank"ın əmanətçilərinə 3 milyon 021 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 96 faizdən çoxu) kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan AZƏRTAC-a bildiriblər ki, 4 bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 125 milyon 452 min manatdan artıqdır.

Eyni zamanda, "Atrabank" ASC-nin və "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə, ümumilikdə 16 milyon 154 min manatdan artıq kompensasiya ödənilib ki, bunun da 14 milyon 226 min manatı (ümumi kompensasiya öhdəliyinin 97 faizdən çoxu) "Atrabank"ın, 1 milyon 928 min manatı (ümumi kompensasiya öhdəliyinin 92 faizi) "Qafqaz İnkişaf Bankı"nın payına düşür.

"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 milyon 148 min manat (ümumi kompensasiya öhdəliyinin 97 faizi), "Gəncəbank"ın əmanətçilərinə 975 min manat (ümumi kompensasiya öhdəliyinin 94 faizi), "Texnikabank"ın əmanətçilərinə isə 120 milyon 099 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 faizi) kompensasiya ödənilib. Üç bank üzrə ödənilən kompensasiyanın ümumi məbləği 145 milyon 222 min manatdan çoxdur.

Eyni zamanda, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard" Kommersiya Bankının qorunan əmanətçilərinə 425 milyon 669 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 97 faizi) kompensasiya ödəyib.

Ümumilikdə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən 10 bank üzrə 712 milyon 497 min manatdan artıq kompensasiya ödənişi həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.