İDMAN


On beş yaşlı çinli “Rio-2016”da Olimpiya çempionu olub

Bakı, 19 avqust, AZƏRTAC 

On beş yaşlı çinli idmançı Jen Tsyan “Rio-2016” Olimpiya Oyunlarında 10 metr hündürlükdən suya tullanma yarışlarında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, çinli idmançı finalda 439,25 balla fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Gümüş medala onun komanda yoldaşı 17 yaşlı Sı Yatsze sahib olub. Kanada idmançısı Meqan Banfeto isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Çin idmançıları “Rio-2016”da suya tullanma üzrə 7 dəst medaldan 6-da qalib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.