İQTİSADİYYAT
On bir ayda sənayenin qeyri-neft sahələrində məhsul istehsalı 6,6 faiz artıb
Bakı, 15 dekabr, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında ölkə sənayesinin təsərrüfat subyektləri tərəfindən 29,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 23,4 faizini təşkil edib. İstehsal olunmuş sənaye məhsulunun 5,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,7 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin payına düşür.
Sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini 6,6 faiz üstələyib, neft-qaz sektorunda isə 3 faiz azalıb. Ümumi sənaye istehsalının 92,7 faizi malların (əmtəələrin), 7,3 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 80,1 faizi özəl bölmədə istehsal edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.01.2023 [16:49]
Azərbaycandan propilenin sopolimerlərinin ixracı artıb
- 08.04.2022 [17:27]
Sahibkarların sənaye zonalarına marağı artır
- 18.12.2021 [13:09]
Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib
- 18.12.2021 [12:46]
Keçən ay mis filizləri və konsentratlarının istehsalı artıb
- 17.12.2021 [17:04]
Ötən ay 320,1 kiloqram qızıl istehsal edilib
- 16.12.2021 [16:02]
Qiymətli metal filizləri və konsentratlarının istehsalı artıb
- 17.11.2021 [14:52]