ELM VƏ TƏHSİL
On bir min il yaşı olan Şiqir bütü
Bakı, 5 sentyabr, AZƏRTAC
Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutunun alimləri Almaniyadan olan həmkarları ilə birgə Sverdlovsk Diyarşünaslıq Muzeyindəki Şiqir bütünün dəqiq yaşını müəyyənləşdiriblər.
AZƏRTAC rosnauka. ru saytına istinadla xəbər verir ki, 4500 min il tarixi olan Misir ehramlarından da qədim sayılan bu taxta abidəyə Rusiya alimləri 9500 min il yaş vermişdilər. Onlar səhvən abidəni mezolit dövrünə aid etmişdilər.
Beş metr hündürlüyü olan abidə XIX əsrdə Mərkəzi Uralın ətəklərində tapılıb.
Almaniya alimləri yeni metodların köməyi ilə abidənin dəqiq tarixini, yəni 11 min il yaşı olduğunu müəyyənləşdiriblər.