CƏMİYYƏT


On il ərzində oranqutanların nəsli kəsilə bilər

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

AZƏRTAC “gismeteo.ru” saytına istinadla xəbər verir ki, İndoneziya və Malayziyada ağacda yaşayan insanabənzər meymunların məskunlaşdığı meşələrin qorunması üçün tədbirlər görülməzsə, 10 il ərzində oranqutanların nəsli kəsiləcək.

Ötən ay Beynəlxalq Təbiəti Mühafizə İttifaqı Kalimatan oranqutanını rəsmən təhlükəli vəziyyətdə olan növ elan edib. Digər bir növ olan Sumatra oranqutanına da eyni status verilib.

Cəmi 25 il ərzində İndoneziya meşələrinin dörddəbirindən çoxu (30 milyon hektar - təxminən Almaniya ərazisi qədər) məhv edilib. Meşələrin qırılmasının əsas səbəbi palma yağı plantasiyaları üçün torpağın təmizlənməsidir. Palma yağı çips, pitsa, əriştə, ponçik, diş pastası, şampun və bioyanacaq hazırlanması üçün istifadə olunur.

Meşə yanğınları təbii surətdə baş verir. Lakin bəzən ərazini palma yağı plantasiyaları üçün azad etməkdən ötrü yanğınları bilərəkdən törədirlər. Ötən il İngiltərənin Kent, Susseks, Hempşir, Dorset qraflıqları və Devon qraflığının yarısı boyda olan ərazi cəmi üç ay ərzində yanıb. Hətta meşələrdən ac və hürkmüş halda qaçan oranqutanlar üçün xeyriyyə hesabına təşkil edilən sığınacaq belə yanğından zədələnib.

Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Növlərin Qırmızı Siyahısı”na əsasən, Kalimatan oranqutanının populyasiyası 1950-ci ildən 2010-cu ilədək 60 faizdən çox azalıb. Bu rəqəmin 2025-ci ildə daha 22 faiz azalması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.