DÜNYA


On yeddi il əvvəl Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanları unudulmur

A+ A

İstanbul, 17 avqust, AZƏRTAC 

1999-cu il avqustun 17-də Türkiyənin Mərmərə bölgəsində baş vermiş dəhşətli zəlzələnin qurbanları unudulmur.

Bunla əlaqədar avqustun 17-də gecə saat 03:02-də on yeddi il əvvəl yaşanan dağıdıcı fəlakətin mərkəzində olan Kovaeli vilayətinin Gölcük rayonunda zəlzələ qurbanlarını xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Zəlzələ qurbanlarının dəfn olunduqları kütləvi məzarlıqda onların ruhuna dualar oxunub, məzarları önünə gül-çiçək dəstləri düzülüb.

Rəsmi məlumata görə, bu zəlzələdə 17.480 nəfər həyatını itirib, 23.781 nəfər yaralanıb, 505 şəxs ömürlük şikəst olub, 285.211 ev tamamilə dağılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.