MƏDƏNİYYƏT


Onlayn Kompyuter Kitabxana Mərkəzinin nümayəndələri Milli Kitabxanada olub

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

Bilik, elm, təhsil və mədəniyyəti özündə tərənnüm etdirən dünya kitabxanalarının üzv olduğu qlobal şəbəkə - OCLC-in (Onlayn Kompyuter Kitabxana Mərkəzi) nümayəndələri Sezen Tan, Sinan Tan və Cazerine Furet iyulun 12-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, bu sistem vasitəsilə kitabxanalar topladığı bilik və informasiyanı dünya miqyasında bölüşürlər.

Görüşdə OCLC-nin qlobal fəaliyyət və təşəbbüsləri haqqında söhbət açılıb, kitabxanaların qarşılıqlı əməkdaşlıqdan əldə edə biləcəyi faydalar açıqlanıb.

Söhbət zamanı OCLC məhsulları nümayiş etdirilib, həmçinin kitabxana resurslarının araşdırılması və çatdırılması üçün dünyada ən geniş və zəngin olan Worldcat sisteminə - dünya kataloquna qoşulmanın faydaları haqqında təqdimatlar edilib. Hər iki tərəf görüşdən məmnun qaldığını söyləyib.

Milli Kitabxananın direktoru Kərim Tahirov edilən təkliflər ətrafında müzakirə aparılacağını və toplu kataloqa qoşulmanın imkanları və qiymətləri aparıcı iri kitabxanalarda müzakirə olunaraq müəyyən qərar qəbul ediləcəyini bildirib.

Qonaqlara ölkəmizlə bağlı kitablar hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.