DÜNYA


Onlayn kazinoda 57,8 milyard dollar dövriyyə təşkil edən şəxs məhkəməyə çıxarılıb

A+ A

Pekin, 25 noyabr, AZƏRTAC.

Çində qanunsuz onlayn kazino yaratmaqda təqsirli bilinən Cou adlı şəxs məhkəməyə çıxarılıb.

Dörd il əvvəl Vencou şəhərində onlayn kazino yaradan Cou bir il sonra – 2013-cü ildə Çin polisindən gizlənmək məqsədilə Vyetnama köçüb və kazinonu oradan idarə etməyə başlayıb. 2014-cü ildə onun haqqında təhqiqata başlayan Çinin hüquq-mühafizə orqanları müəyyən edib ki, 2 milyondan çox insan onlayn kazinoda ümumilikdə 400 milyard yuan (57,8 milyard ABŞ dolları) pul xərcləyib. Counun və onun tərəfdaşlarının gəliri isə 85 milyon dollara yaxın olub.

Cari ilin aprelində Vyetnamda həbs olunan Cou Çinə ekstradisiya edilib və hazırda daha 8 tərəfdaşı ilə birlikdə məhkəmə qarşısındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.