MƏDƏNİYYƏT


“Onun atası” filmi Hindistanda beynəlxalq film festivalına dəvət alıb

A+ A

Bakı, 27 oktyabr, AZƏRTAC

Zamin Məmmədovun “Onun atası” filmi Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalına dəvət alıb.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, filmimiz festivalın qısametrajlı bədii filmlərin əsas müsabiqə proqramında yer alıb. Festival dekabrın 3-dən 9-dək Yeni Delhi şəhərində keçiriləcək.

“Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

Filmin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

Qeyd edək ki, filmin beynəlxalq premyerası İtaliyanın 17-ci “Asiatica, Encounters with Asian Cinema” film festivalında baş tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.