MƏDƏNİYYƏT


“Onun atası” filminin beynəlxalq premyerası İtaliyada baş tutacaq

A+ A

Bakı, 15 sentyabr, AZƏRTAC

Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin beynəlxalq premyerası İtaliyada baş tutacaq.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, film 17-ci “Asiatica, Encounters with Asian Cinema” film festivalının “Panorama” müsabiqə proqramına dəvət alıb. Festival sentyabrın 17-dən oktyabrın 2-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.

Qeyd edək ki, “Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Onun atası” filminin ssenari müəllifi Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.