MƏDƏNİYYƏT
Opera müğənnilərinin Moskvada baş tutan konsertləri anşlaqla qarşılanıb
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanlı tenor və tanınmış opera müğənnisi Yusif Eyvazov həyat yoldaşı dünya opera ulduzu Anna Netrebko ilə Moskvada konsert proqramı ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, Moskvanın “Barvixa Luxury Village” konsert zalında baş tutan çıxışlar böyük coşqu ilə qarşılanıb.
Həmyerlilərimizin konserti Rusiya Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə reallaşıb. Anşlaqla keçən konsert proqramında dünya operasından kompozisiyalar səsləndirilib.
Qeyd edək ki, bu yaxınlarda adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilən Yusif Eyvazov bir sıra beynəlxalq müsabiqələrin laureatı olmaqla yanaşı, Qran-pri mükafatının və Canandrea Havatseni adına fəxri medalın sahibidir.
Sənətkarın repertuarı dramatik tenora xas xarakterik obrazlarla zəngindir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]