MƏDƏNİYYƏT


Opera və Balet Teatrı mövsümə yekun vurub

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı mövsümə möhtəşəm qala-konsertlə yekun vurub.

Teatrdan AZƏRTAC-a məlumat verilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri təqdim edilib.

Qala-konsertdə simfonik orkestri Xalq Artisti, professor Yalçın Adıgözəlov idarə edib. Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.