MƏDƏNİYYƏT


Opera və Balet Teatrında uşaqlar üçün “Düyməcik” baleti nümayiş olunacaq

A+ A

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində İohann Ştrausun “Düyməcik” baleti nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, uşaqlar üçün nəzərdə tutulmuş tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq Artisti, xoreoqraf Liliya Sabitova, quruluşçu-rəssamı isə Rusiyanın tanınmış teatr rəssamı Dmitri Çerbacıdır.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovdur.

Səhnə əsərində teatrın balet truppasının aktyorları çıxış edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.