MƏDƏNİYYƏT
Opera və Balet Teatrının oktyabr repertuarı maraqlı tamaşalarla zəngindir
AZƏRTAC xəbər verir ki, oktyabrın 1-də Əfrasiyab Bədəlbəylinin “Qız Qalası” baleti, ayın 4-də Qaetano Donisettinin “Sevgi şərbəti” operası nümayiş etdiriləcək.
Teatrın kollektivi oktyabrın 5-də Qara Qarayevin “Leyli və Məcnun”, Lüdviq Minkusun “Don Kixot” baletlərini təqdim edəcək.
Opera həvəskarları oktyabrın 8-də Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, ayın 11-də Rudjero Leonkovallonun “Payatsı”, baletsevərlər isə ayın 12-də Lüdviq Minkusun “Paxita”, Frederik Şopenin əsərləri əsasında “Şopeniana” səhnə əsərlərinə baxa bilərlər.
Tamaşaçılar oktyabrın 15-də M.Maqomayevin “Şah İsmayıl”, ayın 18-də Cakkomo Puççininin “Toska”, 19-da Astor Pyatsollanın və b. “Məhəbbət tanqosu” operalarına baxa bilərlər.
Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” və “Koroğlu” operaları müvafiq olaraq oktyabrın 22-də və 25-də göstəriləcək.
Teatrın kollektivi oktyabrın 26-da Adolf Adanın “Jizel” baletini, ayın 29-da isə Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” əsərini təqdim edəcək.