MƏDƏNİYYƏT


Opera və Balet Teatrının solisti Minskdə çıxış edəcək

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının bir sıra ölkələrin opera və balet teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələri davam edir. Belə ki, yaxın günlərdə Azərbaycan Opera və Balet Teatrının aparıcı solisti Əməkdar Artist Afaq Abbasova qarşılıqlı mədəni əlaqələr çərçivəsində Belarusun Minsk şəhərinə qastrol səfərinə yollanacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aktrisa noyabrın 5-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun “Payatsı” operasında Nedda partiyasını ifa edəcək.

Qeyd edək ki, A.Abbasova ötən il Minskdə keçirilən Beynəlxalq Milad Festivalında ölkəmizi uğurla təmsil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.