SİYASƏT


Oqtay Əsədov: Azərbaycan Milli Məclisi Tehranda törədilmiş terror aktlarını qəti şəkildə pisləyir

Bakı, 8 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Tehranda törədilmiş terror aktları ilə əlaqədar İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Əli Laricaniyə başsağlığı məktubu göndərib. Bu barədə AZƏRTAC-a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Məktubda deyilir: “Tehranda törədilmiş terror aktları nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi çox kədərləndirdi. Uzun illər ərzində erməni terrorundan əziyyət çəkən ölkə kimi Azərbaycanın Milli Məclisi olaraq biz Tehranda törədilmiş bu terror aktlarını qəti şəkildə pisləyirik. Bu qanlı cinayət hadisəsi bir daha göstərir ki, terrorçuluq bütün dünya üçün dəhşətli bir bəlaya çevrilib və biz parlamentarlar onun bütün təzahürlərinə qarşı birgə mübarizə aparmaq üçün səylərimizi əsirgəməməliyik”.

Milli Məclisin sədri deputatların adından və şəxsən öz adından bu faciə ilə əlaqədar iranlı həmkarına, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.