REGİONLAR


Ordu sıralarından tərxis olunmuş gənclərlə görüş

A+ A

Mingəçevir, 21 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Mingəçevirdə ordu sıralarından tərxis olunmuş gənclərlə görüş təşkil edilib.

AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə Şəhidlər xiyabanını və ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin adını daşıyan mərkəzdə olublar.

Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının inzibati binasında gənclərlə keçirilən görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, polkovnik-leytenant Şahin Xəlilov çıxış edərək, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ordu quruculuğu siyasətindən, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, Azərbaycan əsgərinin mərdlik və şücaətindən danışıb.

Sonra Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış ediblər. Çıxışlarda gənclərin müqəddəs vəzifəni yerinə yetirərək ordu sıralarında Vətəni şərəflə qoruduqları bildirilib. Qeyd olunub ki, Azərbaycan Ordusu böyük inkişaf yolu keçib və bu gün Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə qadirdir.

Görüşdə Qarabağ müharibəsi əlilləri, veteranlar çıxış edərək, gəncləri hərbi xidməti layiqincə başa vuraraq geri dönmələri münasibətilə təbrik ediblər.

Silahlı Qüvvələrdən tərxis olunmuş, 3-cü dərəcəli döş nişanı ilə təltif edilən əsgər Rövşən Zeynalov ərazi bütövlüyümüz uğrunda hər an döyüşə hazır olduqlarını bildirib.

Sonda ordudan tərxis olunan gənclərə hədiyyələr və hərbi biletlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.