İQTİSADİYYAT


“Ordubad nemətləri” Bakı Şopinq Festivalında!

Bakı, 21 aprel, AZƏRTAC

Bakı Şopinq Festivalına qoşulan mağazalar arasında “Ordubad nemətləri” də yer aldı. Bakı Şopinq Festivalının iştirakçı statusu alan mağaza turistlərə və paytaxt sakinlərinə Azərbaycanın dadlı nemətlərini təqdim edir.

Ölkəmizin dilbər guşəsi olan Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yetişdirilən məhsullar ölkəmizin sərhədlərindən kənarda da böyük şöhrət qazanıb. Həmin nemətləri daha sərfəli qiymətlərlə və bol çeşidlə almaq istəyən alıcılar üçün böyük fürsət təqdim edirik.

Azərbaycan Konqreslər Bürosundan AZƏRTAC-a bildirilib ki, Bakının Aşıq Alı küçəsi, 3 C ünvanında yerləşən “Ordubad nemətləri” mağazasında mayın 10-dək ərzaq məhsullarına 30 faiz endirim olunacaq. Üstəlik ödənilən ƏDV də geri qaytarılacaq.

Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Ordubad nemətləri” mağazasında alış-veriş etməklə, həm yüksək keyfiyyətli sağlam qidalar almağa, həm də öz büdcəsinə qənaət etməyə dəvət edir.

Sevdiyiniz, bəyəndiyiniz məhsulları sərfəli qiymətlərlə əldə edib üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə Baku Şopinq Festivalı boyu iştirakçı mağazalarda alış-veriş etməyə tələsin!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.