REGİONLAR


Ordubad rayonunda 60 nəfərdən çox işaxtaran işlə təmin olunub

Ordubad, 13 iyun, AZƏRTAC

Cari ilin birinci rübündə işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Ordubad Rayon Məşğulluq Mərkəzi tərəfindən 66 nəfər işaxtaran qeydiyyata alınıb, 62 nəfər müxtəlif sahələrdə işlə təmin olunub.

AZƏRTAC xəbər verir ki, bu dövrdə işə düzələnlərin 17 nəfərini gənclər, 33 nəfərini isə qadınlar təşkil edib. Hərbi xidmətdən tərxis olunmuş 59 nəfərlə əlaqə saxlanılıb, onların müxtəlif peşələrə yiyələnməsi üçün kurslar təklif olunub.

Sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin olunması da diqqətdə saxlanılıb, bir nəfər ictimai işə cəlb edilib.

Həmçinin peşə seçiminə köməklik, peşə və ixtisaslar barədə məlumatların verilməsi məqsədilə rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün tədris müddəti ərzində peşəyönümlü məşğələlər keçirilib.

Həmin dövrdə işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək üçün 2 nəfər işaxtaran vətəndaş haqqıödənilən ictimai işlərə cəlb olunub.

Qeyd edək ki, 2016-cı ildə Məşğulluq Mərkəzi tərəfindən 367 nəfər işaxtaran qeydiyyata alınıb, onlardan 350 nəfər müxtəlif sahələrdə işlə təmin olunub. Mərkəz aktiv məşğulluq tədbiri kimi əmək yarmarkalarının hazırlanıb keçirilməsinə xüsusi diqqət yetirir. Bu dövrdə keçirilmiş əmək yarmarkalarında işaxtaranlara 17 idarə, müəssisə, təşkilat və özəl sektordan 145 boş iş yeri təqdim olunub. Keçirilmiş əmək yarmarkasında 41 nəfər vətəndaş işlə təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.