REGİONLAR


Ordubad rayonunda bu il 5 mindən çox sığorta müqaviləsi bağlanıb

Ordubad, 31 iyul, AZƏRTAC

Ordubad Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikanın iqtisadi və sosial həyatında sığorta işinin rolundan bəhs edib.

Bildirilib ki, Ordubad rayonu üzrə cari ildə 5016 sığorta müqaviləsi bağlanıb, onlardan 1176-sı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 1748-i daşınmaz əmlakın icbari sığortası olub.

Hikmət Əsgərov rayonda daşınmaz əmlakın, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortaları, ev əmlakı və fərdi qəza sığortaları və digər sığorta növləri üzrə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışaraq vurğulayıb ki, qanuna əsasən icbari qaydada sığortanın şamil olunduğu bütün obyektlərin sığortası təmin edilməlidir.

Tədbirdə kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, bu sığorta işi də digər könüllü sığortalar kimi, son nəticədə, insanların rifahının yüksəldilməsinə xidmət edir. Buna görə də əkin sahələrinin, meyvə bağlarının, lizinqə verilən kənd təsərrüfatı texnikalarının, habelə ev heyvanlarının və arı ailələrinin sığortalanması məqsədilə ordubadlı fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri arasında maarifləndirici işlər aparılmalıdır.

Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.