REGİONLAR


Ordubad rayonunda keçirilən növbəti əmək yarmarkasına 145 boş iş yeri çıxarılıb

A+ A

Ordubad, 3 avqust, AZƏRTAC

Ordubad rayonunda növbəti əmək yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon Məşğulluq Mərkəzinin direktoru Telman Həsənov çıxış edərək vətəndaşların məşğulluğunun təmin olunmasının, onların sosial müdafiəsinin gücləndirilməsinin, əmək bazarının inkişafının muxtar respublikada daim diqqət mərkəzində saxlanıldığını bildirib.

Telman Həsənov qeyd edib ki, bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. İndiyədək təşkil olunan əmək yarmarkalarında yüzlərlə rayon sakini işlə təmin olunub. Cari ildə də bu ənənə davam etdirilir.

Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Əli Heydərov çıxışında bildirib ki, rayonda aparılan tikinti-quruculuq tədbirləri mühüm infrastruktur obyektlərinin yaradılması ilə yanaşı, işaxtaran vətəndaşların da məşğulluq problemlərinin həllinə töhfə verir. Eyni zamanda, idarə və müəssisələrdə müxtəlif ixtisas və peşələr üzrə yaranmış boş iş yerləri qeyri-məşğul əhalinin işlə təmin olunması üçün geniş imkanlar açır.

Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 18 təşkilatdan 145 boş iş yerinin çıxarıldığı yarmarkada 17 nəfərə işə göndəriş verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.