REGİONLAR


Ordubadda basketbol üzrə rayon birinciliyi keçirilib

Ordubad, 20 dekabr, AZƏRTAC

Ordubad şəhər 3 nömrəli tam orta məktəbin idman zalında ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında basketbol üzrə rayon birinciliyi keçirilib.

AZƏRTAC xəbər verir ki, birincilik Ordubad Rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının Ordubad rayon bölməsinin və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışdan əvvəl Ordubad Rayon Gənclər və İdman İdarəsinin rəisi Əbülfəz Əliyev çıxış edərək qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə idmançıları təbrik edib, onlara uğurlar arzulayıb.

Yarışda Ordubad rayonunda fəaliyyət göstərən 9 məktəbin komandası iştirak edib. Birinciliyin yekun nəticəsinə əsasən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası I, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin komandası II, Gənzə kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüblər.

Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplomla və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.