REGİONLAR


Ordubadda keçirilən Xalq Yaradıcılığı Günü sakinlər tərəfindən maraqla qarşılanıb

Ordubad, 29 iyun, AZƏRTAC

Azərbaycan xalqının uzun əsrlər boyu yaratdığı mənəvi sərvətlər xəzinəsində ən möhtəşəm və şərəfli yerlərdən birini elə tarix boyunca formalaşan və bir nəslin digər nəslə əmanəti kimi çatdırılan xalqın yaratdıqları, xalq yaradıcılığı tutur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ordubad rayon Qoruqlar kəndində Xalq Yaradıcılığı Günü ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.

Tədbirdə çıxış edən Ordubad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Əliyev, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin direktoru Səyyar Məmmədov xalq yaradıcılığı nümunələrinin öyrənilməsinin, qədim sənət sahələrinin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıblar.

Xalq Yaradıcılığı Günündə tamaşaçılara Ordubad rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində fəaliyyət göstərən mədəniyyət evinin və kənd klublarının folklor kollektivlərinin ifasında milli rəqslər, xalq mahnı və təsnifləri, aşıq sənəti, dekorativ tətbiqi sənətin müxtəlif növlərində hazırlanan sənət nümunələrindən ibarət sərgi sakinlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, silsilə tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq Yaradıcılığı Günlərinin keçirilməsi haqqında” 2009-cu il fevralın 7-də imzaladığı Sərəncama əsasən təşkil edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.