Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ordubadın ecazkar təbiəti və qədim tarixi beynəlxalq elmi simpoziumun iştirakçılarında xoş təəssüratlar yaradıb

Ordubad, 21 noyabr, Rauf Əliyev, AZƏRTAC

Naxçıvan şəhərində noyabrın 17-18-də keçirilən “Mərkəzi Araz hövzəsi tarix və mədəniyyət fonunda” adlı beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından gələn iştirakçıları Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun gəzməli-görməli yerləri, tarixi abidələri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Ordubad rayonunun Kotam kəndinə gəliblər. Türkiyə və Azərbaycan tarixçiləri Araz çayının sahilində yerləşən Kotam kəndinin adını qədim türk toponimlərinə görə, dağlar arasında qərar tutan yaşayış bölgəsi kimi izah ediblər. Kotam kəndi barədə məlumat verilərək bildirilib ki, bu yaşayış məntəqəsi Naxçıvanda ilk kənd mərkəzinin yaradıldığı kəndlərdən biridir. Kotam 2 yerə ayrılır: qədim Kotam, yeni Kotam. Qədim Kotam adlanan ərazi (buna köhnə Kotam da deyirlər) Araz çayından xeyli aralıda yerləşib. 1956-cı ildən etibarən sakinlər aşağı enməyə, nisbətən geniş torpaqlarda ev-eşik salmağa başlayıblar. Ətrafdakı dağ-daşı, dərəni-düzü hesablasaq, Kotamın 2550 hektar ərazisi var. Burada dədə-baba torpağımız olan Zəngəzur dağ silsiləsinin əlçatmaz, quşqonmaz zirvələri Kotamı qoynuna alıb. Xorxat, Əlkar, Bəlgə, Dihin, Əcaha (bəlkə də, Əjdaha) və kotamlıların yüz illərdən, min illərdən üzü bəri gələn ömür-günlərinə yazılan neçə-neçə belə dağları, zirvələri var.

Azərbaycan və Türkiyə tarixçilərindən ibarət heyət Ordubad şəhəri ilə tanış olublar. Bildirilib ki, Ordubadın tarixi çox qədimlərə gedib çıxır. Şəhərdə keçmişin xatirələrini özündə yaşadan “Cümə” məscidi, “Qeysəriyyə” adlı tarixi abidə, Buzxana binası, XVIII-XIX əsrlərə aid məscidlər var. Dəniz səviyyəsindən 850 metr yüksəklikdə yerləşən bu şəhərin bol sulu çeşmələri, barlı-bərəkətli meyvə bağları, mehriban insanları həmişə bura gələn səyyahların diqqətini cəlb edib. Ötən əsrin məşhur səyyahı Hacı Zeynalabdin Şirvani “Bustanüs-səyahə” kitabında yazır: “Ordubad ürəkaçan gözəl bir şəhərdir. Ora adama fərəh verən yerdir. Onun möhkəm qalası, bol suyu və çoxlu bağları var. Meyvəsi bol və dadlıdır. Havası insana sağlıq verir. Adamları surətcə gözəldir”.

Qeyd olunub ki, arxeoloji qazıntılar zamanı əldə olunmuş abidələr Ordubadın tarixinin 7 min il əvvələ söykəndiyini göstərir. Müxtəlif dövrlərdə burada aparılmış tədqiqatlar şəhərin zəngin mədəniyyətə malik olduğundan xəbər verir. Bu yurd yeri məşhur ipəyinə və burada yetişdirilən meyvələrinə görə də tanınıb. Qədimlik və müasirliyin simasını qonaqlara eyni güzgüdə göstərməyi bacaran Ordubad təkcə ölkəmizin deyil, ümumilikdə, qədim Şərqin və türk dünyasının əsrarəngiz şəhərlərindən biridir.

Şəhərin mərkəzində yerləşən “Cümə” məscidi qədim memarlıq abidəsi kimi qonaqları heyrətə salıb. Onun 1275-ci ildə tikildiyi qeyd olunub. Lakin 1903-cü ildə məscid təmir edilərkən tapılmış bir kərpicin üzərində “III tarixi-hicri Ər-Rəşid” sözləri onun yaşını 500 il də artırır. Məscidin giriş qapısına vurulmuş lövhədə 1607-ci ildə Şah Abbasın verdiyi xüsusi fərmanın mətni yazılıb: “Ordubadlılar əməksevər, qoçaq və işgüzar adamlardır. Nəsiri Tusinin yüksək nəslinin burada davamı üçün adıçəkilən qəsəbənin əhalisi bütün vergilərdən azad edilir”. Yeri gəlmişkən, “Cümə” məscidinin qarşısındakı qəbirlərdən biri Tusinin nəvələrindən olan Mirzə Ünayət Nəsiri Tusinin qızı Şərəf xanımın qəbridir. XVI-XVII əsrlərə aid ikimərtəbəli mədrəsə binası orta əsrlərdə dinin, elmin inkişafında mühüm rol oynayıb. Bu mədrəsədə vaxtilə təkcə dini deyil, dünyəvi elmlər də tədris olunub. Nadir şahın dövründə mədrəsədə zamanın tələbinə uyğun olaraq memarlar, hərbçi mütəxəssislər yetişdirilib. Hətta bu hərbçi mütəxəssislərdən bir çoxu sonralar Nadir şahın qoşununda xidmətə cəlb edilərək, şahın 1739-cu ildə Hindistana yürüşündə də iştirak ediblər.

Ordubad şəhərində başı göylərə çatan çinarlar da beynəlxalq elmi simpoziumun paytaxt Bakı şəhərindən və Türkiyə Respublikasından gələn iştirakçıların diqqətini cəlb edib. Qeyd olunub ki, çinarlar bu qədim şəhərin tarixinə əsrlərdir şahidlik edir. XX əsrin əvvəllərində buranı ziyarət etmiş səyyah Nefodov yazıb: “Ordubad öz daş-qaşı ilə parıldayan qənirsiz gözələ bənzəyir. Ordubad çinarları təbiət tamaşası, el yaraşığıdır. Bu yurdun çinarları da torpağı kimi qədimdir”.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi qədim “Qeysəriyyə” binası ilə tanışlıq zamanı qonaqlara XII əsrə aid olan bu tarixi abidə haqqında ətraflı məlumat verilib. Keçmişdə şahlara məxsus daş-qaş satılması məqsədilə tikilmiş bu binada indi tarixi eksponatlar sərgilənir. Bina 1990-cı ilin may ayından Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir. Bildirilib ki, böyük və ona bitişik 16 kiçik günbəzdən ibarət olan bu bina gözəl memarlıq üslubunda tikilib. Abidə bişmiş kərpicdən inşa olunub, hündürlüyü 8,5 metrdir. Binanın 200 kvadratmetr sahədə şəbəkə sistemi, daxili divarları bərpa olunub. Muzeydə 4 minədək eksponat saxlanılır.

Ordubadla tanış olan elmi simpoziumun iştirakçıları qeyd ediblər ki, bütün bu parametrlərinə görə Ordubad yaxın gələcəkdə milli və beynəlxalq festivalların, tarixi və mədəni simpoziumların keçiriləcəyi məkan kimi tanışlıq turizminin əsas mərkəzlərindən birinə çevriləcəkdir.

Qonaqlar Əshabi-Kəhf ziyarətgahında və Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub