REGİONLAR


Ordudan tərxis olunan bərdəli gənclər Qarabağın azadlığı uğrunda hər an savaşa hazırdırlar

A+ A

Bərdə, 20 iyul, AZƏRTAC

Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində iyul ayında müddətli həqiqi hərbi xidməti başa vuraraq ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə Ulu Öndərin abidəsi önünə tər gül dəstələri düzüb, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən eksponatlarla tanış olublar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin həqiqi hərbi xidmətə çağırış bölməsinin rəisi Əfqan Mikayılov tədbiri açaraq, ölkəmizdə səfərbərliyin uğurla həyata keçirilməsindən, ordu quruculuğunda qazanılan uğurlardan danışıb.

Rayon icra hakimiyyəti başçısınıın müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya gəncləri hərbi xidməti müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğundan, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıb.

Rayon Məşğulluq Mərkəzinin müdiri Bilman Şadlinski idarə və müəssisələrdəki boş iş yerlərinin öyrənilməsi və gənclərin işlə təminatı ilə bağlı çıxış edib.

Tədbirdə gənclərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr, ehtiyatda xidmət izah olunub, eləcə də məşğulluqlarına dair fikir mübadiləsi aparılıb.

Gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda hər an savaşa hazır olduqlarını bildiriblər.

Sonra ordudan tərxis olunan gənclərə hərbi biletlər və qiymətli hədiyyələr təqdim edilib. Tədbir şəhər 2 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında musiqili kompozisiya ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.