REGİONLAR


Ordudan tərxis olunmuş ağdamlı gənclər Ali Baş Komandanın əmrinə hər an hazırdırlar

A+ A

Ağdam, 21 iyul, AZƏRTAC

Ağdam rayonunun Quzanlı qəsəbəsində iyul ayında müddətli həqiqi hərbi xidməti başa vuraraq ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rayon icra hakimiyyəti ilə birgə keçirdiyi görüşdə ictimaiyyət nümayəndələri, valideynlər və məktəblilər iştirak ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam Rayon Şöbəsinin rəis müavini Elxan Feyziyev, rayon icra hakimiyyəti başçısının müavini Zülfü Qasımov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Baxşeyiş Hətəmli və başqaları çıxış edərək, gəncləri hərbi xidməti layiqincə başa vuraraq geri dönmələri münasibətilə təbrik edib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilən ordu quruculuğu siyasətindən, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında həqiqi hərbi xidmətin əhəmiyyətindən, Azərbaycan əsgərinin mərdlik və şücaətindən danışıblar.

Tədbirdə gənclərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr izah olunub, eləcə də onların bundan sonrakı məşğulluğuna dair fikir mübadiləsi aparılıb.

Gənclər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə edib, Ali Baş Komandanın əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi üçün yenidən silaha sarılmağa hər an hazır olduqlarını bildiriblər.

Sonra ordudan tərxis olunan gənclərə hərbi biletlər təqdim edilib. Tədbir “Şur” ansamblının ifasında konsert proqramı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.