MƏDƏNİYYƏT


Orenburqda keçiriləcək IV Beynəlxalq Mstislav Rostropoviç Festivalının vaxtı və proqramı açıqlanıb

A+ A

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 30-dan dekabrın 2-dək Orenburqda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Festivalın təşkilatçıları Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Orenburq Vilayət Hökuməti, Mstislav Rostropoviç Humanitar və Mədəni Proqramlar Fondu və Orenburq Dövlət Filarmoniyasıdır.

AZƏRTAC filarmoniyanın saytına istinadla xəbər verir ki, noyabrın 30-da festivalın açılış mərasimində Orenburq Dövlət Filarmoniyasında C.Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.

Musiqi axşamlarının əsas qəhrəmanları Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzinin solistləri olacaq. Festivala Aydar Qaynullinin və “Eyforiya” ansamblının konserti ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.