REGİONLAR
Orqanik kənd təsərrüfatında məhsulun istehsaldan istehlakadək bütün mərhələsində kimyəvi üsullardan istifadə edilmir
Orqanik kənd təsərrüfatında məhsulun istehsaldan istehlaka qədər bütün mərhələsində kimyəvi üsullardan istifadə edilmir.
Orqanik əkin sahələri ağır sənaye müəssisələrinə, reaktorlara, hidravlik və istilik enerji stansiyalarına, mədən müəssisələrinə, kütləvi şəhər tullantı ərazilərinə ən azı 3 kilometr uzaq məsafədə olmalıdır. Orqanik əkin üçün istifadə ediləcək torpağın fiziki, bioloji və kimyəvi quruluşu pozulmamalı, torpaqda 2 il ərzində kimyəvi gübrə, dərman istifadə edilməməlidir.
2. Şitil: istifadə ediləcək şitillər orqanik əkinçilik üsulu ilə alınmış toxumlardan əldə edilir.
3. Bitkinin qidalanması və torpağın meliorasiyası: torpağın səmərəliliyini artırmaq üçün peyin, kompost, orqanik tullantılar, torf, fosfat və digər maddələrdən istifadə olunur.
4. Zərərvericilərlə mübarizə: bitki zərərvericiləri və göbələklərin verdiyi zərəri azaltmaq üçün odun külü, tütün suyu, sarımsaq suyu, acı bibər suyu, ağ gil, kükürd, mis, əhəng və s. maddələr istifadə edilir.
5. Suvarma: sənaye və şəhər tullantı suları, drenaj suları istifadə edilə bilməz. Çiləyici və damcı ilə suvarma üsulu tətbiq olunur.
6. Məhsul yığımı: biçində istifadə ediləcək texnikalar və onların hissələri təmiz olması lazımdır. Məhsulu əl ilə yığarkən əlcəkdən, taxta, həsir, kağız, karton kimi maddələrdən düzəldilmiş qutular və qablardan istifadə olunmalıdır.
7. Anbarlamaq və satışı: orqanik məhsullar adi məhsullardan ayrı saxlanılmalıdır. Məhsulları kimyəvi maddələrlə yumaq olmaz. Yol kənarlarında açıqda saxlanıla və paketsiz satıla bilməz.
Torpaq seçimi: çürüntülü, verimli, suyu rahat keçirən torpaq məsləhət görülür.
Torpağın işlənməsi: torpağı dərindən qazan kənd təsərrüfatı alətləri azotun bakteriyalarına zərər verdiyi üçün orta hesabla 5 ildə bir istifadə edilir.
Qorunan ərazi: həddindən artıq külək almayan, eroziya riski olmayan bir ərazi seçilməlidir.