ELM VƏ TƏHSİL


Orta ixtisas təhsili müəssisələrinə 9 min 3 nəfər qəbul olunub

Bakı, 8 avqust, AZƏRTAC

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə 9 min 3 nəfər müvəffəqiyyət qazanıb. Qəbul planı isə 10 min 467 yer olub. Beləliklə, orta ixtisas təhsili müəssisələrinə qəbulolma 86,01 faiz təşkil edib.

AZƏRTAC xəbər verir ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 4 min 115-i ödənişsiz, 4 min 239-u ödənişli əsaslarla, 649-u isə özəl kolleclərdə təhsil alacaq. Müsabiqədə müvəffəqiyyət qazananlardan 8 min 653-ü Azərbaycan, 350-si rus bölmələrinin payına düşür.

Orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar avqustun 9-dan 21-dək müvafiq təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.