CƏMİYYƏT


Orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir VİDEO

A+ A

Bakı, 19 avqust, AZƏRTAC

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi davam edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, avqustun 19-u saat 10.15-ə olan məlumata görə ali təhsil müəssisələrinin I-V ixtisas qrupları və orta ixtisas təhsili müəssisələri üzrə 518 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib. 745 abituriyent isə ixtisasları qeyd etməsinə baxmayaraq, ərizəsini təsdiq etməyib.

Yalnız orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən 16 min 979 abituriyent elektron ərizəsini təsdiq edib, 1855 abituriyent isə ərizəsini təsdiq etməyib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 19-u saat 23.59-da başa çatacaq. Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxtadək öz ixtisas seçimi ərizəsini təsdiqləməlidirlər. Əks təqdirdə onlar müsabiqədə iştirak edə bilməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.